Qubanın avtovağzal yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews-a 1 iyul tarixində izləyicilərimiz məlumat veriblər.
Qusar-Quba istiqamətində hərəkət edən “Opel” markalı avtomobillər toqquşub. Nəticədə göy rəngli avtomobil yoldan çıxıb və qaz borusuna dəyib.
Şahidlər bildirirlər ki, göy avtomobil ötmə əməliyyatı etmək istəyib. Bu zaman boz maşın qəflətən dönüb və qəza baş verib. Səbəbkar hadisə yerindən yayınıb, lakin sonra geri dönüb.
Xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb ediliblər.