Qubada bu gün saat 16:00 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 19 iyun tarixində məlumat verir.
Hadisə Heydər Əliyev prospektində (Köhnə avtovağzalın yanında) baş verib. “Mercedes” və “Chevrolet” markalı avtomobillər toqquşub.
Xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb ediliblər.