Qubada küçələrin birində asfalt örtüyü bərpa edilməyib. Bu barədə 8 iyul tarixində ShimalNews-a məlumat daxil olub.
Bu hal Fətəlixan küçəsində yaşanır. Sakinlərin sözlərinə görə, bu yolda çox sayda böyük çuxurlar mövcud idi. 1 aydan çoxdur ki, “5 saylı Yol istismarı” MMC-nin işçi qüvvəsi tərəfindən yol örtüyü qaşınıb, lakin bu günədək asfalt vurulmayıb.