Quba rayonunda çirkab suların yaratdığı vəziyyət sakinləri naharat etməkdə davam edir. Bu haqda ShimalNews-a 1 sentyabr tarixində məlumat daxil olub.
Dəvədabanı yaşayış massivinin “5 sotlar” adlanan ərazisində kanalizasiya suları yolboyu axır. Sakinlərin sözlərinə görə, onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ hələ də həllini tapmayıb.
“Yayın istisində buradakı ağır iy bizi boğur. Epidemiologiya mərkəzinə müraciət etmişik, deyirlər ki, bizlik deyil”, - oxucu bildirib.
Daha öncə, adıçəkilən massivin yolsuzluq və kanalizasiya problemlərini işıqlandırmışdıq.