Qubada yeni inşa olunan kanalizasiya xətti daşla doldurulub. Bu barədə 10 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Dəvədabanı yaşayış massivinin sakinləri bildiriblər ki, tullantı suları antisanitariya vəziyyəti yaradır. Səbəb isə kanalizasiya sisteminin işləməməsidir.

Təxmini 5-6 il öncə xarici şirkət tərəfindən yeni kanalizasiya sisteminin inşası başlamışdır. Lakin ana xəttinə 15-20 metr qalmış işlər dayandırıldı. Asfalt salınma işləri görüləndə isə bu xəttin yolu daş ilə dolduruldu ki, üzərindən yol çəkilsin.

Beləliklə, sistem qapalı olduğuna görə daimə dolur. Burada yaşayanlar öz hesablarına 2 ton çirkab suların təmizlənməsi üçün 40 manat ödəyirlər. Sakinlərin maddi dudrumu isə bunu etməyə daimə imkan vermir. Həmçinin, burada lil əmələ gəldiyinə görə, çirkab mayeni çəkən texnika çox vaxt xidmət göstərə bilmir.

Sakinlər əlavə ediblər ki, bütün qurumlara müraciətlər olunub. Çıxış yolu ana xətti ilə mövcud sistemin birləşməsində görürlər. Bu məsələnin həll olunacağını səbirsizliklə gözləyirlər.

Photo Shimal.News
Photo Shimal.News