Qubada saat 13:00-da yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 27 iyun tarixində məlumat verir.
Hadisə “ASAN xidmət”in qarşısındakı dairədə baş verib. “Lada Niva” və “Volkswagen Passat” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə yol polisinin əməkdaşları cəlb ediliblər.