Qubada bu gün saat 13:35-də yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 19 iyun tarixində məlumat verir.
Hadisə ASAN xidmətin qarşısında baş verib. Qubadan gələn “VAZ-21015” markalı avtomobil dairəyə gözləmədən daxil olub. Bu zaman o, Bakı istiqamətindən gələn “Lada Priora” markalı avtomobilə çarpılıb.
Xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb ediliblər.