Qubanın Qonaqkənd qəsəbəsinin mərkəzi yolunda selin fəsadları aradan qaldırılıb. Bu haqda ShimalNews 18 iyul tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Ötən gün Cimi çayından sel keçib. Qəsəbə yolları lil və palçıqla dolaraq hərəkət üçün yararsız hala düşüb.
“11 Nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin verdiyi məlumata görə, hazırda adıçəkilən ərazidə hərəkət bərpa olunub. Ətraf tam quruduqdan sonra isə təmizlik işləri davam etdiriləcək.
