top
Qaxdan Şuşaya qəhrəmanlıq yolu: Asəf Ağayevin anım günüdür
19 dekabr 2025, 16:42
- ↺ +

Qaxdan Şuşaya qəhrəmanlıq yolu: Asəf Ağayevin anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Vətən uğrunda canından keçən, Şuşa zəfərinin canlı rəmzinə çevrilən qəhrəman zabitimiz Asəf Ağayevin anım günüdür.

Asəf Ağayev hər birimizin yaddaşına Qarabağın azad edilmiş torpaqlarından, xüsusilə Şuşadan çəkdiyi videolarla həkk olunub. Onun videolardakı gülər üzü, səmimi zarafatları, qürurlu yerişi, şirin Qax ləhcəsi və tez-tez səsləndirdiyi "Yaşasın spesnaz!" ifadəsi bu gün də qulaqlarımızda yaşayır. O, təkcə döyüşçü deyildi - o, qələbənin ruhu idi.

Ağayev Asəf Abid oğlu 24 noyabr 1993-cü ildə Qax şəhərində dünyaya gəlib. Uşaqlıqdan hərb sənətinə böyük maraq göstərən Asəf 9-cu sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Daha sonra Heydər Əliyev adına Bakı Ali Hərbi Akademiyasını müvəffəqiyyətlə başa vuraraq Azərbaycan Ordusunun zabiti kimi xidmətə başlayıb. Beş dil bilən Asəf bilik və peşəkarlığı ilə seçilən XTQ zabitlərindən biri olub.

Onun hərb sevgisinin kökündə atası - Birinci Qarabağ müharibəsinin iştirakçısı Abid Ağayevin Vətənə bağlılığı dayanırdı. Asəf də atasının yolunu şərəflə davam etdirdi.

Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Asəf Ağayev Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçdi. Müharibədən sağ çıxmasına görə ailəsi qurban kəsmişdi. O, 16 dekabrda məzuniyyətə qayıtmalı idi. Lakin erməni silahlı dəstələrinin törətdiyi təxribat səbəbindən yenidən xidmət yerinə döndü. Ailəsi ilə son yazışmasında Qarabağda qalan düşmən silahlılarının zərərsizləşdirilməli olduğunu bildirmişdi.

Asəf ailəsinə qayıtdı…
Amma 18 dekabrda - şəhid kimi.

17 dekabr 2020-ci ildə, Qarabağda antiterror tədbirləri zamanı Xocavənd rayonunda hərəkətdə olduğu avtomobilin minaya düşməsi nəticəsində Asəf Ağayev şəhid oldu. Bu xəbər təkcə ailəsini deyil, bütün Azərbaycanı sarsıtdı. Çünki Asəf artıq xalqın sevimlisinə çevrilmişdi.

Onun şəhadəti xəbəri ildırım sürətilə yayıldı, hətta ölkə hüdudlarını aşaraq Türkiyədə belə böyük ehtiramla qarşılandı. Minlərlə insan onu son mənzilə yola salmaq üçün bir araya gəldi.

Şuşa cəngavəri Asəf Ağayev doğma Qax şəhərinin Şəhidlər Xiyabanında — özünün dediyi kimi, "igidlərin yatdığı yerdə" dəfn olundu.

Qəhrəman zabitimiz şəhid olduqdan sonra "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Asəf Ağayev yaşadığı kimi - qürurla, dik duruşla və Vətənə sədaqətlə yaddaşımızda əbədi qalacaq.

Ruhu şad olsun. Unudulmur, unudulmayacaq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər