Xaçmazda ölümlə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 24 iyun tarixində "Report"a istinadən məlumat verir.
Hadisə Gəndob-Xaçmaz-Yalama yolunun Müzəffəroba kəndi ərazisində qeydə alınıb. Alpan çay körpüsündə "VAZ-21011" markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.
Xəsarət alan rayonun Nərəcan kənd sakini, 71 yaşlı Cavad Cavadov hadisə yerində ölüb. Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.