top
Niderlandlı turistin Şəkidə xilasetmə əməliyyatı: Səfirlikdən təşəkkür
Foto
03 sentyabr 2026, 11:36
- ↺ +

Niderlandlı turistin Şəkidə xilasetmə əməliyyatı: Səfirlikdən təşəkkür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Niderlandın Azərbaycandakı səfirliyi Şəkidə dağlıq ərazidə yürüş zamanı xəsarət alan ölkə vətəndaşının xilas edilməsinə və təxliyəsinə görə Azərbaycanın aidiyyəti qurumlarına təşəkkür edib.

Shimal.News xəbər verir ki, bu barədə səfirliyin rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, avqustun 29-da Şəkinin dağlıq ərazisində yürüş zamanı xəsarət alan Niderland vətəndaşının xilas edilməsi və təcili tibbi yardımla təmin olunmasında Azərbaycanın aidiyyəti qurumlarının operativ reaksiyası yüksək qiymətləndirilir.

Səfirlik xüsusilə mürəkkəb dağlıq ərazidə və qaranlıq şəraitdə həyata keçirilən xilasetmə əməliyyatına diqqət çəkib.

Həmçinin yaralının helikopterlə operativ şəkildə təxliyə edilməsinə və hadisə yerində ilkin tibbi yardım göstərilməsinə görə Dövlət Sərhəd Xidmətinə təşəkkür bildirilib.

Səfirlik Şəki Rayon Mərkəzi Xəstəxanası və Bakıda yerləşən "Yeni Klinika"da göstərilən tibbi yardımı, peşəkar yanaşmanı və operativ müdaxiləni də yüksək qiymətləndirib.

Qeyd edək ki, xarici turistin dağlıq ərazidə xəsarət alması ilə bağlı hadisə avqustun 29-da baş verib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər