top
Nəsil yaddaşı İsmayıllıda
21 fevral 2026, 17:30
- ↺ +

"Nəsil yaddaşı" İsmayıllıda

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Kinobiz Film" şirkətinin istehsalı olan "Nəsil yaddaşı" sənədli filmi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yerli auditoriya üçün göstərilib.

AZƏRTAC-ın məlumatına görə, sözügedən film 1918-ci ildə İsmayıllı rayonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edir.

Süjetin əsas xəttini 2020-ci il Vətən müharibəsi qazisinin düşüncələri təşkil edir. O, babasının yuxuda göstərdiyi şəhid məzarını tapmaq üçün yola çıxır və bu səyahət zamanı ailənin keçmişini araşdırır. Filmdə arxiv materialları və xəritələrdən də istifadə olunub.

Filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə, prodüseri Ramil Ələkbərov, operatoru Bulud Quliyev, montaj rejissoru Rza Əsgərov, işıq rəssamı Sabit Qədirov, səs rejissoru Mehman Nadirov, bəstəkarı Nigar Süleymandır.

Film Azərbaycan Respublikasının Kino Agentliyinin təşkil etdiyi postprodakşn mərhələsində olan filmlər arasında keçirilən "2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi"nin qalibi olub.

Əvvəlcə Babək Abbaszadə filmin çəkilişi haqqında məlumat verib, bu günədək az tədqiq olunmuş İsmayıllı soyqırımının kino ekranına gətirilməsinin əhəmiyyətindən danışıb və Vətən müharibəsi qazisi Nurəddin Əzizlinin filmdə iştirakını xüsusi qeyd edib.

Sonra prodüser Ramil Ələkbərov filmin yaradıcı heyətini tamaşaçılara təqdim edib.

Nümayişdə filmin iştirakçıları və qəhrəmanları ilə yanaşı, İsmayıllı rayon ictimaiyyəti də iştirak edib.

Filmin nümayişindən sonra yaradıcı heyətlə tamaşaçılar arasında müzakirələr və fikir mübadiləsi aparılıb.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər