top
Muğanlı-İsmayıllı-Qəbələ yolunun son vəziyyəti açıqlanıb
03 sentyabr 2024, 17:26
- ↺ +

Muğanlı-İsmayıllı-Qəbələ yolunun son vəziyyəti açıqlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtımızı şimal-qərb rayonları ilə birləşdirən ən qısa Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.

ShimalNews “Azərtac”-a istinadən məlumat verir ki, artıq yolda əsas işlərin tamamlandığı hissələrə asfalt döşənir. Digər yerlərdə isə torpaq işləri icra olunur, hərəkət hissəsi genişləndirilir, yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri icra edilərək yeni yol yatağı salınır, istinad divarları və suötürücü borular tikilir. İyirmi kilometrə yaxın hissədə isə torpaq yatağının inşası başa çatıb.

Bu yolun tikintisi başa çatdıqdan sonra bölgədə turizmin inkişafına da böyük töhfə olacaq. Həmçinin yolun ümumi uzunluğu 10 km-ə qədər qısalacaq.

Layihələndirilən yolun 4.5-ci kilometrliyində, Ağsu çayı üzərində 1195 m uzunluqda və 76.5 metr hündürlüyündə asma körpünün inşası üzrə ümumilikdə işlərin 39.6 faizi yekunlaşıb. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi aparılıb. Hazırda onların gövdə hissələrinin inşası icra olunur.

Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1 asma körpü, 21 körpü layihələndirilib. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzərində yerləşən 3 körpü isə 4 zolağa uyğun yenidən layihələndirilib. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi başa çatıb. Digər körpülərin inşası üzrə işlər davam edir.

Qeyd edək ki, ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər