Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hərəkətdə olan “Howo” markalı yük avtomobili motosikletlə toqquşmanın qarşısını almaq üçün manevr edib. Nəticədə sürücü idarəetməni itirib və yük maşınını dərəyə aşıb.
Xoşbəxtlikdən sürücü xəsarət almayıb. Avtomobilə isə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.