top
Məhkəmə Şabranın icra başçısına rədd cavabı verdi
Foto
01 avqust 2026, 16:58
- ↺ +

Məhkəmə Şabranın icra başçısına rədd cavabı verdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz Rayon Məhkəməsində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Samir Bayramovun sədrliyi ilə keçirilən prosesdə icra başçısının şikayəti əsassız hesab edilərək təmin olunmayıb. 

Asif Hüseynovun onlardan 10 min 500 manatlıq arpa alması, pulunu ödəməməsi ilə bağlı mətbuata danışan kənd sakinlərini cinayət məsuliyyətinə cəlb etdirmək cəhdi nəticəsiz qalıb.

İcra başçısının şikayət etdiyi şəxslər Şabran rayonunun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradov olub. Asif Hüseynov onların Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinməsini istəyirdi.

Mübahisənin əsasında isə 2022-ci ildə baş verdiyi bildirilən 15 ton toxumluq arpa alqı-satqısı dayanır.

Vüsal Muradov mətbuata açıqlamasında bildirib ki, anası Səbirə Vəliyeva ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı rayon icra başçısına nisyə satıb, lakin 3 ildən artıq vaxt keçməsinə baxmayaraq pulunu ala bilməyib.

Zərərçəkən tərəfin israrlı şikayətlərindən sonra Asif Hüseynov Muradovlara qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

İşə Xaçmaz Rayon Məhkəməsində baxılıb. Məhkəmə Asif Hüseynovun xüsusi ittiham şikayətini təmin etməyib. 

Beləliklə, Xaçmaz Rayon Məhkəməsinin son qərarı ilə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun 10 min 500 manatlıq arpa pulu borcu ilə bağlı səsləndirilən iddialara görə kənd sakinlərinin cinayət məsuliyyətinə cəlb olunması tələbi təmin edilməyib. Bu qərar xüsusi ittiham qaydasında aparılan prosesə yekun vurub.

 

Mənbə: Musavat.com

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Bu gün, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Bu gün, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Bu gün, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Oxşar xəbərlər