top
Lahıcın canlı radio muzeyi
13 fevral 2026, 18:20
- ↺ +

Lahıcın "canlı" radio muzeyi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir zamanlar radio hər evin ən qiymətli əşyalarından sayılırdı. Şkafın üzərində və ya evin ən diqqət çəkən hissəsində saxlanılan bu cihazın ətrafına axşamlar bütün ailə üzvləri toplaşardı. Paytaxtdan gələn son xəbərlər, uzaq şəhərlərin sədası və sevilən ifaçıların mahnıları məhz bu "sehirli qutu"dan yayılardı. Radio açılanda evdə hamı susar, o danışardı...

Bu gün informasiya saniyələr içində yayılsa da, 13 Fevral – Ümumdünya Radio Günü səsli medianın cəmiyyət həyatındakı əvəzsiz rolunu bizə yenidən xatırladır.

İsmayıllı rayonunun Lahıc sakini, 77 yaşlı Raci Baxışovun həyəti artıq uzun illərdir ki, qeyri-rəsmi muzeyi xatırladır. Burada müxtəlif dövrlərin şahidi olan radioqəbuledicilər, lampalı qurğular, iriölçülü köhnə televizorlar, lentli maqnitofonlar və antikvar telefon aparatları qorunur.

İxtisasca mühasib olan Raci dayı həm də mahir radio və televiziya ustasıdır. O, istifadə olunmayan bu cihazları zibilliyə atmağa qıymayıb, əksinə, onlara ikinci həyat bəxş edib. Beləliklə, kiçik bir maraq zamanla zəngin bir kolleksiyaya çevrilib.

"Bu cihazların əksəriyyəti ötən əsrin istehsalıdır. Məsələn, bu gördüyünüz 1954-cü ilin radiosudur – bizim evimizin ilk radiosu olub. O vaxtlar siqnal zəif idi, damda hündür antenalar qururduq. Səsi tutanda uşaq kimi sevinirdik," – deyə kolleksiyaçı xatirələrini bölüşür.

Bu kolleksiyanı unikal edən əsas cəhət eksponatların sadəcə vitrin bəzəyi olmamasıdır. Raci Baxışovun toxunuşu ilə onların demək olar ki, hamısı işlək vəziyyətdədir.

"Bir çox muzeydə əşyalar cansızdır, sadəcə baxmaq üçündür. Amma mən istəyirəm ki, insanlar o səsi duysunlar. Qonaqlar gələndə yarım əsr əvvəlin texnologiyasının hələ də cızıltısız səslənməsinə heyrət edirlər," – deyə usta vurğulayır.

Raci dayı üçün radio həm də bir təxəyyül mənbəyidir. Onun fikrincə, radio görüntü vermədiyi üçün insan eşitdiklərini öz xəyalında canlandırır və bu, hər kəsdə fərqli bir dünya yaradır. O, bu gün də Azərbaycanın radio kanallarını mütəmadi olaraq dinlədiyini deyir.

Texnologiya nə qədər sürətlə inkişaf etsə də, radionun yeri fərqlidir. Sosial şəbəkələr sürət vəd edir, radio isə səmimiyyət və canlı ünsiyyət. Lahıcın daş döşənmiş dar küçələrində at nalının səsi duyulanda hiss edirsən ki, bəzi dəyərlər illərə meydan oxuyur.

Lahıcdakı bu kiçik muzey bizə bir daha sübut edir ki, zaman dəyişsə də, insan ruhuna toxunan səmimi bir səsin oyatdığı duyğular heç vaxt köhnəlmir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər