RİH başçısı Nahid Bağırov sürüşmə baş verdiyi Qoydan kəndində vəziyyətlə yaxından tanış olub. Bu haqda ShimalNews 28 iyun tarixində məlumat verir.
RİH-nin məsul əməkdaşları və Fövqəladə Hallar Komissiyası kəndə dəymiş ziyanla bağlı sakinləri dinləyiblər. Rayon rəhbəri problemlərin operativ həlli üçün aidiyyəti dövlət qurumlarına tapşırıqlar verib.
Sürüşmə zonasında iki fərdi yaşayış evində təhlükə yaranıb. İki ailənin köçürülməsi artıq təmin edilib. Onlar kənddə yaşayan qohumlarının evində müvəqqəti yerləşdirliblər.
İyunun 26-sı Qoydan kəndində torpaq sürüşməsinin insanların həyatı üçün təhlükə yaratdığı haqda xəbər vermişdik.