İsmayıllı rayonunun Bəhliyan kənd sakinləri illərdir davam edən kommunal problemlərdən əziyyət çəkdiklərini bildirirlər. Kənddə təbii qazın, dayanıqlı internetin və kifayət qədər içməli suyun olmaması sakinlərin gündəlik həyatını çətinləşdirir.
Onların sözlərinə görə, cəmi bir kilometr aralıda yerləşən qonşu kəndlər bütün əsas kommunal xidmətlərlə təmin olunsa da, Bəhliyan kəndi bu imkanlardan hələ də məhrumdur. Sakinlər hesab edirlər ki, mövcud vəziyyət kənddən köçün artmasına səbəb olur.
Video: XəzərXəbər