İsmayıllıda şagirdlər yolda qarşılaşa biləcəkləri təhlükələrlə tanış ediliblər. Bu haqda ShimalNews 2 may tarixində məlumat verir.
Şəhər 7 nömrəli tam orta məktəbdə oxuyan bir qrup yeniyetməyə "Yol hərəkətinin təhlükəsizliyi və yol hərəkəti nişanları" mövzusunda maarifləndirici ekskursiya təşkil edilib. Bu zaman piyada keçidlərindən düzgün istifadə, yol hərəkəti nişanları barədə məlumatlandırma və onlarla əyani tanışlıq baş tutub.
Yol polislərinə bu işdə köməklik göstərdiklərinə görə ayrıca təşəkkür bildirilib.