İsmayıllıda yolu keçən məktəbli sürücüyə çətin anlar yaşadıb. Bu haqda ShimalNews 18 aprel tarixində “Avtosfer”ə istinadən məlumat verir.
Qaraməryəm-İsmayıllı yolunda baş verən hadisənin videosu anbaan avtomobildəki kameraya düşüb. Piyada zolağına bir qədər qalmış uşaq yolu qaçaraq keçmək istəyib. Sürücü əyləcdən sərt istifadə edərək qəzadan son anda xilas olub.
Qorxulu anların videosunu təqdim edirik:
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2024/04/1713336777.mp4"][/video]