İsmayıllıda avtomobil qəzası nəticəsində 3 nəfər yaralanıb. Bu barədə ShimalNews 17 iyun tarixində Apa-ya istinadən məlumat verir.
Xəsarət alanlar: 26 yaşlı Qəbələ sakini Fəxri Məcidli, 31 yaşlı Qafur Babazadə və 38 yaşlı Bakı sakini Əbülfət Əliyev İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.