İsmayıllı-Qəbələ yolunda xəsarətlə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 20 iyun tarixində Avtosfer-ə istinadən məlumat verir.
Məlumata görə, hərəkətdə olan “Honda” markalı maşın əks-istiqamətdə hərəkətdə olan “BMW” markalı avtomobilə çarpılıb. Nəticədə “BMW” sürücüsünün ayağı sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Şahidlərin iddiasına görə, qəzaya səbəb “Honda” sürücüsünün sükan arxasında yuxulaması olub.