Ötən gün axşam saatlarında leysan xarakterli yağışın İsmayıllı-Lahıc yolunda yaratdığı fəsadlar aradan qaldırılıb. Bu haqda ShimalNews 27 iyun tarixində məlumat verir.
Daha öncə Lahıc və bir neçə yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsi haqda xəbər vermişdik.
Hazırda hərəkət bərpa edilib. Lakin lil və qaya parçalarının Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmizlənməsi işləri davam etdirilir.