İsmayıllı-Lahıc avtomobil yolunda uçqun baş verib. Bu haqda ShimalNews 27 iyun tarixində “Azərtac”a istinadən məlumat verir.
Yolun dağlıq ərazisində iri qaya parçaları və lil qatı hərəkətə mane olur. Avtomobillərin hər iki istiqamətdə hərəkəti tam məhdudlaşıb, bəzi nəqliyyat vasitələri yolda qalıb. Nəticədə Lahıc və bir neçə yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Əraziyə texnika və canlı qüvvə cəlb edilib. Hazırda yolun təmizlənməsi üçün işlər görülür.