Xaçmazın Həsənqala kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 11 iyul tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Hadisə Gəndob-Yalama yolunda qeydə alınıb. "Vaz-2107" və "Vaz-2106" markalı avtomobillər toqquşub. Nəticədə sonuncu yuvarlanaraq su arxına düşüb.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Xəsarət alan yoxdur.