Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti növbəti tender elan edib.
Shimal.News xəbər verir ki, tender çərçivəsində Qax rayonunda bir ədəd fərdi yaşayış evinin tikintisi, Şəki şəhərində isə bir ədəd fərdi yaşayış evinin təmiri və istinad divarının inşası nəzərdə tutulur.
Açıq mənbələrdə yer alan məlumata əsasən, layihələrin həyata keçirilməsi üçün 170 min 114 manat vəsait ayrılması planlaşdırılır.