Ölkəmizdə ilk dəfə elektrik avtomobillərin yarışı Xaçmaz rayonu istiqamətində baş tutub. Bu barədə ShimalNews 3 avqust tarixində məlumat verir.
Yarışı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) həyata keçirib. Əsas amillər sürət deyil, əksinə, ən rəvan və ekonomik hərəkət seçilib. Məqsəd isə müasir elektromobillərin uzaq məsafələrə səyahətlər üçün hazır olmasını nümayiş etdirmək idi. Bunun üçün Nabranda elektromobillər festivalı keçirmək qərarı qəbul edilib.
Nəticədə 100% enerji ilə yola çıxan avtomobillərin sonda aşağıdakı enerjiləri qalıb:
Kia - 61%
Forting - 61%
Leepmotor - 61%
Volkswagen - 60%
BYD - 60%
MG - 58 %
Zeekr - 56%
SKYWELL - 51%
Tesla - 48%
Hyundai - 45%
Neta - 45%