top
Dovşan üstündə dava ailə dramına çevrildi
22 yanvar 2026, 12:47
- ↺ +

Dovşan üstündə dava ailə dramına çevrildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllıda ailə mübahisəsi cinayət işi ilə nəticələnib.

Shimal.News-un əldə etdiyi məlumata görə, Qurbanəfəndi kəndində 18 yanvar 2025-ci il tarixində ailə mübahisəsi baş verib.

Kənd sakini Rəşad M. yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə həyat yoldaşı Aysel M. ilə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı ona fiziki zorakılıq tətbiq edib. Nəticədə qadın baş-beyin silkələnməsi və müxtəlif nahiyələrdə xəsarətlər alıb.

Faktla bağlı Rəşad M. barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərərvurma) ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 3 övladı var. Aysel ilə aralarında mütəmadi olaraq ailə məişət zəminində mübahisələr baş verib:

"Həmin gün oğlum Elvinlə birlikdə üç baş dovşanı kisənin içində yaşadığım evə gətirdim. Oğlum içində dovşanlar olan kisəni tövləyə apardı. Həmin vaxt arvadım inəkləri sağmaq üçün tövləyə getdi. Mal-qaranın dovşanlardan hürkməsinə görə Aysel inəkləri sağa bilməməsini əsas gətirdi və mənimlə mübahisə etməyə başladı. Ayseli sakitləşdirmək məqsədi ilə ona yaxınlaşdım. Bu zaman o, başını tövlənin divarına çırpdı. Daha sonra özünü yerə yıxdı, yerə yıxıldıqdan sonra başını yerə vuraraq özünə xəsarət yetirdi. Mən Ayselə bildirdim ki, sakit olsun və özünü ələ alsın. Amma o, sözlərimə məhəl qoymadı. Sonra tövlədən bayıra çıxdı və evi tərk edərək getdi".

İş üzrə zərərçəkmiş Aysel isə hadisəni başqa cür təsvir edib:

"Dovşanların səsindən inəkləri sağa bilmədim. Rəşaddan dovşanları tövlədən çıxarmasını xahiş etdim. Amma o, hirsləndi və saçımdan tutaraq başımı tövlənin divarına vurdu. Bundan sonra məni tövlənin içərisində sürüməyə başladı".

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Rəşad 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə elekton qolbaq taxılıb. 

Təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı evi tərk etməsi, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməsi qadağan olunub. 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər