top
Çirkab sular evlərə dolur, qurumlar susur – Şabranda acınacaqlı mənzərə
29 dekabr 2025, 13:11
- ↺ +

Çirkab sular evlərə dolur, qurumlar susur – Şabranda acınacaqlı mənzərə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabranın Dəvəçi kəndində uzun müddətdir davam edən kanalizasiya problemi sakinlərin həyatını çətinləşdirib.

Məsləni Shimal.News-a danışan sakinlər bildiriblər ki, Hüseyn Nağıyev küçəsində kanalizasiya xətlərinin çirkab suları daşaraq fərdi yaşayış evlərinin həyətlərinə axır, küçə isə faktiki olaraq kanalizasiya gölünə çevrilib.

"Kimə müraciət edəcəyimizi bilmirik. Səsimizi eşidən yoxdur. Son ümidimiz mediadır", – deyə sakinlər qeyd edirlər.

Bu problem illərdir mövcuddur. Şabran Rayon İcra Hakimiyyətinə, eləcə də su-kanalizasiya xidmətinə dəfələrlə olunan müraciətlər həllini tapmır.

Şikayətlər əsasında əraziyə göndərilən nümayəndələr həyətlərə baxış keçirmək üçün uzunboğaz çəkmələr qeyinməli olurlar. Lakin bundan sonra belə heç bir tədbir görülmür.

Mövcud vəziyyət xüsusilə sanitar-gigiyenik baxımdan ciddi təhlükə yaradır. Həyətlərdə yığılan çirkab sular yoluxucu xəstəliklərin yayılması riskini artırır. Sakinlərdən birinin onkoloji xəstəlikdən əziyyət çəkməsi isə problemin nə qədər həssas və təcili olduğunu bir daha ortaya qoyur.

Sakinlər problemin ictimailəşdirilməsini və məsul qurumların məsələyə təcili və ciddi şəkildə müdaxilə edərək kanalizasiya problemini kökündən həll etməsini tələb edirlər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər