Bakıdan rayonlara dənizlə sərnişin daşınması təklif olunub. Bu barədə ShimalNews 16 iyun tarixində məlumat verir.
Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilib. Deputat Rüfət Quliyev fikirlərini açıqlayıb:
"Bizim imkanımız var ki, sərnişindaşımada dənizdən istifadə edək".
Millət vəkili əlavə edib ki, imkan varsa, Bakıdan Lənkəran, Sumqayıt, Nabran istiqamətində bunu edə bilərik. Vaxtilə, 15-17 il öncə belə bir sistem var idi.