top
Bakıda III Kəlağayı Festivalı keçirildi – İsmayıllı və Şəki ustalarının əl işləri maraq doğurdu
Foto
23 may 2026, 15:59
- ↺ +

Bakıda III Kəlağayı Festivalı keçirildi – İsmayıllı və Şəki ustalarının əl işləri maraq doğurdu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində ənənəvi III Kəlağayı Festivalı keçirilib.

Shimal.News xəbər verir ki, festival Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Xətai rayonu üzrə nümayəndəliyi, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi və "Kəlağayı ev-muzeyi"nin birgə təşkilatçılığı ilə baş tutub.

Artıq ənənəyə çevrilən festivalın əsas məqsədi Azərbaycan xalq tətbiqi sənətinin nadir nümunələrindən olan milli kəlağayı sənətinin təbliği, qorunması və gələcək nəsillərə ötürülməsidir. Bu il tədbir "Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunaraq milli irsin şəhər mədəniyyəti ilə vəhdətini nümayiş etdirib.

Festival çərçivəsində qədim kəlağayı nümunələri, milli baş geyimləri, xalçaçılıq nümunələri və dekorativ-tətbiqi sənət əsərlərindən ibarət sərgi təşkil olunub. İştirakçılar rəssam Gülnarə Məmmədovanın əsərləri və sənətkar Güllü Eldar Tomarlının əl işləri ilə də tanış olublar.

Tədbirdə İsmayıllı rayonunun Basqal qəsəbəsi və Şəki bölgəsinin ustaları tərəfindən hazırlanan müxtəlif çeşidli kəlağayılar xüsusi maraqla qarşılanıb. Festival iştirakçıları milli sənət nümunələrini yaxından izləmək və əldə etmək imkanı qazanıblar.

Festival çərçivəsində "Susmayan həqiqətlər: Deportasiya, soyqırımı, etnik təmizləmə" mövzusunda sərgi də təqdim olunub. Sərgidə Qərbi azərbaycanlıların geyim mədəniyyətini və kəlağayı ənənələrini əks etdirən fotolar və arxiv sənədləri nümayiş etdirilib.

Rəsmi hissədə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları, ictimai xadimlər, şəhid ailələri, qazilər və çoxsaylı mədəniyyət nümayəndələri iştirak ediblər.

Festivalın bədii hissəsində aşıq sənəti, muğam, xalq mahnıları və milli rəqs nümunələri təqdim olunub. Müxtəlif folklor kollektivləri və sənətçilərin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Təşkilatçılar bildiriblər ki, festivalın əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin zənginliyinin təbliği və kəlağayı sənətinin yaşadılmasıdır.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər