Qubada yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 24 iyun tarixində xəbər verir.
Hadisə Timiryazev qəsəbəsi ərazisində, “Asan xidmət”ə yaxın yerdə baş verib. İki “Nissan” markalı yolsuzluq avtomobili toqquşub.
Şahidlər bildirirlər ki, qəzaya düzgün dönmə manevrinə əməl olunmaması səbəb olub.
Xəsarət alan olmayıb. Əraziyə YPX əməkdaşları cəlb olunublar.