top
Ağsu dolaylarında torpaq sürüşməsi baş verib
Foto
08 may 2026, 11:03
- +

Ağsu dolaylarında torpaq sürüşməsi baş verib

Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib. Son günlər ölkənin dağlıq və dağətəyi bölgələrində müşahidə olunan intensiv yağıntılar Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub. Yolun 147-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.

AZƏRTAC-ın məlumatına görə, sürüşmə əsasən yolun bir hərəkət zolağında qeydə alınıb. Nəticədə yolun mühafizə zolağı və çiyin hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Təhlükə nəzərə alınaraq ikizolaqlı avtomobil yolunun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bir zolaq üzrə təşkil edilib.

Əraziyə xəbərdaredici nişanlar yerləşdirilib, təhlükəli hissə xüsusi lentlərlə işarələnib. Yol polisi tərəfindən hərəkətə nəzarət edilir, sürücülərə sürət həddini minimuma endirmək və ehtiyatlı olmaq tövsiyə olunur.

Xatırladaq ki, sözügedən ərazidə ötən ilin yaz aylarında da torpaq sürüşməsi baş vermişdi.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:21

Xaçmazın ən uğurlu məzunlarından biri 682 balla tələbə oldu

İqtisadiyyat
Bu gün, 11:55

Selin zədələdiyi elektrik şəbəkəyə 12 milyon manat ayrılıb

Cəmiyyət
Bu gün, 10:46

Müəllimindən həkim-şagirdinə duyğulandıran məktub

Cəmiyyət
Bu gün, 10:10

Möhtəşəm nəticə: Şimalın bu məktəblərində hamı tələbə oldu

Cəmiyyət
Bu gün, 09:16

Xaçmaz və Xudatda yeni avtobus dayanacaqları quraşdırılır

İdman
Dünən, 17:18

Qubada beynəlxalq futbol turnirinə start verilib

Cəmiyyət
Dünən, 17:12

Şəkidə YDM qarşısında xaos: "Giriş də bəlli deyil, çıxış da" – VİDEO

Bütün xəbərlər
Dünən, 16:29

Siyəzənli mühəndis tullantılardan "dəmir cəngavər" hazırladı – VİDEO

Cəmiyyət
Dünən, 14:50

Qubada qeyri-adi qəza: Avtomobil evin damına düşdü

Cəmiyyət
Dünən, 13:55

Sabah Şimalda havanın temperaturu yüksələcək

İdman
Dünən, 12:59

Qubada beynəlxalq futbol həyəcanı başlayır

Cəmiyyət
Dünən, 12:51

Qubada parklanma mübahisəsi: Sürücülər nişanlanma tələb edir

Hadisə
Dünən, 11:40

İsmayıllıda göldə faciə: Bacı-qardaş boğuldu

Kriminal
Dünən, 10:44

Şamaxıda itən mal-qara ər-arvadı üz-üzə qoydu: Qadın ağacla döyüldü

Hadisə
Dünən, 10:25

Zaqatalada yanaraq ölən sürücünün FOTOSU

Hadisə
Dünən, 09:29

Qubada "KamAZ" dərəyə aşıb – VİDEO

Hadisə
22 avqust 2026, 17:40

Qubada ayı həyətə girdi: Fındıqları yedi, heyvanları öldürdü

İqtisadiyyat
22 avqust 2026, 16:39

Ölkədə ən çox hansı ərzaq məhsulları bahalaşıb?

Cəmiyyət
22 avqust 2026, 15:40

Yay Fest 2026-nın "Mühəndislik və Kod" düşərgəsi başa çatdı

İdman
22 avqust 2026, 14:40

"Şimal"ın məşqçisi: "Əsas hədəfimiz Birinci Liqada qalmaqdır"

İqtisadiyyat
22 avqust 2026, 13:40

Donuz sayına görə ölkədə lider rayon - Qax

Cəmiyyət
22 avqust 2026, 12:40

Şabranın "Qızıl oğlan"ı

Cəmiyyət
22 avqust 2026, 11:44

Xaçmazlı gənclər Xəzər sahilini təmizlədilər

Hadisə
22 avqust 2026, 10:45

Şəkidə həyətyanı sahədə yanğın olub

Oxşar xəbərlər