Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran və Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşəcək. Bu barədə ShimalNews 17 iyul tarixində xəbər verir.
Qəbul iyul ayının 19-u saat 11:00-da Şabran rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında təşkil olunacaq.
Vətəndaşlardan qəbula yazılmaq və şəxsiyyətini təsdiq edən sənədlə gəlmək xahiş olunur.