top
Zərərçəkənlər “Atlant”ın satılmasını tələb edirlər
20 sentyabr 2024, 19:45
- ↺ +

Zərərçəkənlər “Atlant”ın satılmasını tələb edirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nabranda yerləşən “Atlant” istirahət mərkəzinin sahibi Tahir Qədəşov Bakı Ağır Cinayətlər Məhkəməsində çağırılıb.
“Musavat”ın məlumatına görə, hakim qarşısına 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manat dələduzluqda ittiham olunan T.Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb.

Təqsirləndirilən şəxs bildirib ki, 2000-ci illərdən başlayaraq Bakıda, Sumqayıtda, Xırdalanda 100-ə yaxın hündürmərtəbəli binalar tikib və istifadəyə verilib. 2022-ci ilə qədər binaların tikintisindən əldə olunan külli miqdarda vəsaitləri qayınatasına ötürüb. Həmin vəsait “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikintisinə, genişlənməsinə yatırılıb. Bu zaman tikinti ilə bağlı kəskin maliyyə problemləri yaranıb. İş adamlarına borcları ödəmək üçün “Atlant” satışa çıxarılıb. Lakin Tahir Qədəşov son anda müştəriyə imtina edib.

Nofəl Hacıyev deyib ki, çox çətin vəziyyətdə olduğundan, yaranmış borcları ödəyə bilmədiyindən məcburiyyət qarşısında bir mənzili bir neçə nəfərə satmaqla vəziyyətdən çıxmağa çalışıb. Düşünüb ki, binanı tikib təhvil verəndən sonra əldə edəcəyi gəlirlə aldadılmış, bu gün məhkəmədə zərərçəkən statusunda olan şəxslərin pullarını qaytaracaq.

Tahir Qədəşov şahid qismində dindirilib. O, sərbəst ifadəsində dələduzluğun qeydə alındığı “Təbriz” MTK-da təsisçi olduğunu desə də, baş verənlərdən xəbərsiz olduğunu isbatlamağa çalışıb. Lakin hakimin, vəkillərin və həbsdə olan kürəkəni Nofəl Hacıyevin suallarına T.Qədəşov adekvat cavablar verməkdən yayınıb. Məsələn, o, “Atlant”a yatırılan vəsaitlərin “Təbriz” MTK-dan əldə olunub olunmaması barədə konkret cavab vermək istəməyib.

Zərərçəkənlər tələb ediblər ki, üzərinə ibtidai istintaq dövründə həbs qoyulan “Atlant” Ailəvi İstirahət Mərkəzi müsadirə olunaraq satışa çıxarılsın və onlara dəymiş ziyan ödənilsin.

“Atlant” böyük istirahət kompleksdir. Müstəqil qiymətləndiricilər onun hazırda 80-100 milyon manat bazar qiyməti olduğunu bildirirlər. İbtidai istintaq dövründə obyektin üzərinə həbs qoyulub. Proses oktyabrın 10-da davam etdiriləcək.

Son xəbərlər

Hadisə
Bu gün, 11:54

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Oxşar xəbərlər