Zaqatalada 40 yaşlı kişi Tala çayının üzərindəki körpüdən çay yatağına yıxılıb.
Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında "Asma Körpü"də baş verib.
Nəticədə Balakən rayonu Katex kənd sakini, Elçin Sədrəddin oğlu İsayev FHN-nin xilasediciləri tərəfindən çaydan çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil verilib.
Həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.