top
Zaqatalada avtobus sürücüsü oğluna xəsarət yetirib
03 mart 2025, 21:06
- +

Zaqatalada avtobus sürücüsü oğluna xəsarət yetirib

Zaqatala rayonunda 62 yaşlı Mehdi mübahisə zamanı oğlu Murada (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın məlumatınaa görə, hadisə 1 dekabr 2023-cü ildə baş verib. Mehdi həmin gün, saat 11:50-də Zaqatala şəhərində özünə məxsus “Mercedes Benz 208” markalı mikroavtobusun salonunda oğlu Murad ilə mübahisə edib. O, oğlunun sol gözaltı nahiyəsinə yumruqla bir dəfə zərbə endirərək xəsarətlər yetirib. 

Hadisəni törədən Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib:

“Mən 10 ildir ki, həmin mikroavtobusla Zaqatala-Balakən rayonları arasında sərnişin daşıyıram. Hazırda 60 yaşım var. Təxminən hadisədən 1 ay əvvəl olar ki, Murad məndən sürücülük peşəsindən əl çəkməyimi, sərnişin daşımamağımı tələb etdi. Həmin dövrdə təxminən 15 gün ərzində Murad mənimlə işlədi. Murad Zaqatala-Balakən rayonları arasında sərnişin daşıdığı zaman yanımda olub, mənə kömək edib.

Həmin gün Faiq Əmirov küçəsində sonuncu dayanacaqda sərnişinləri mikroavtobusdan düşürdüm. Murad həmin vaxt məndən yaşlandığım üçün sürücülük peşəsindən əl çəkməyimi, sərnişin daşımamağımı istədi. O, son ay ərzində mütəmadi olaraq məndən sürücülük peşəsindən əl çəkməyimi, sərnişin daşımamağımı istədiyi üçün həmin vaxt əsəbləşdim. Mübahisə zamanı Muradı vurdum. Həmin vaxt onun gözündə olan eynək qırıldı və şüşəsi gözaltı nahiyəsini kəsdi. Murad həmin an mikroavtobusdan düşərək qaçdı. Sonra Muradın barəmdə şikayət etdiyini bildim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Muradın sözlərinə görə, atasının həm yaşlı, həm də xəstə olması ilə əlaqədar sərnişin daşımamasını istəyib:

“Atam sözümdən əsəbləşərək üstümə gəldi və qəflətən yumruqla gözümə vurdu. Həmin vaxt gözümdəki eynək qırılaraq gözaltı nahiyəmi kəsdi. Əlim ilə gözümə toxunanda əlim qan oldu. Əlimdəki qanı görərək qorxdum və xəstəxanaya qaçdım. Sonra polis şöbəsinə hadisə barədə məlumat verdim. Atam ilə barışmışam, onu bağışlamışam. Atam da səhvini başa düşüb. Bir də belə hərəkət etməyəcək”. 

Bu cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən məhkəmə onun barəsində olan cinayət təqibinə xitam verib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:21

Qəbələdə 14 yaşlı qızla cinsi əlaqədə olan 18 yaşlı gəncə hökm oxundu

Cəmiyyət
Bu gün, 14:07

Zaqatalada iki kəndin suvarma problemi aradan qaldırılıb

Kriminal
Bu gün, 13:05

Qəbələdə sərxoş kişinin "itən pul" macərası 7 sutkalıq həbsə çevrildi

Cəmiyyət
Bu gün, 12:06

Bir vaxtlar Qubanın sevilən parkı idi – İndi gecələr qaranlığa qərq olur

İdman
Bu gün, 11:02

Qəbələdə yoxlama oyunu – "Sumqayıt" bu gün "Şamaxı" ilə qarşılaşacaq

Cəmiyyət
Bu gün, 10:10

Qəbələdə ilk dəfə "GabalaFest" start götürdü

Hadisə
Bu gün, 09:56

Şəkidə 30 yaşlı kişini ilan sancdı – Vəziyyəti ağırdır

Cəmiyyət
Bu gün, 09:50

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

Cəmiyyət
Bu gün, 09:40

Şəkidə "Yay məktəbi" təşkil olunacaq

Hadisə
Bu gün, 09:30

Zaqatalalı ailə qəzaya düşdü

Hadisə
Bu gün, 09:11

Balakəndə kişinin meyiti tapıldı: müəmmalı ölüm

Cəmiyyət
Dünən, 18:00

Qubada bu yol gecələr qaranlığa qərq olur

Hadisə
Dünən, 17:00

Xaçmazda yanğın: Evlər təhlükə altında

Cəmiyyət
Dünən, 16:13

Şimalda güclü külək əsəcək

Hadisə
Dünən, 15:22

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Cəmiyyət
Dünən, 15:15

Qubada qədim çörəyin hazırlanması üzrə master-klass keçirilib

Cəmiyyət
Dünən, 13:30

Qubada fəlakət : "Nəfəs almaq mümkün deyil, evlərimizin içi tüstü ilə dolur"

Hadisə
Dünən, 12:50

Zaqatalada avtomobillə motosiklet toqquşdu

Cəmiyyət
Dünən, 12:00

Qubada ilk dəfə aqronomluq ixtisası açılır

Hadisə
Dünən, 11:00

İsmayıllıda evi yararsız vəziyyətə düşən ailə üçün çadır quruldu

Hadisə
Dünən, 10:04

Oğuzda ağır qəza: 39 yaşlı sürücü həyatını itirdi

Cəmiyyət
Dünən, 09:38

90 voltlu həyat: Xaçmazda məişət texnikaları bir-bir sıradan çıxır

Cəmiyyət
Dünən, 09:31

Qubada sürücü səhvi qəza ilə nəticələndi

Cəmiyyət
28 iyul 2026, 17:54

Şəki məktəblisindən maksimum nəticə

Oxşar xəbərlər