top
Zabitə Məmmədova: “Alim Qasımova dərs demişəm”
02 oktyabr 2025, 11:49
- ↺ +

Zabitə Məmmədova: “Alim Qasımova dərs demişəm”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Mən Asəf Zeynallı adına musiqi kollecində musiqi ədəbiyyatı dərsini tədris etmişəm. Xalq artistləri Alim Qasımov, Bilal Əliyev, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova mənim tələbələrim olublar. Mən onlara musiqi ədəbiyyatı dərsini demişəm.

Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov bu gün məni yada salırlar. Bilal Əliyevi evimin yanında görürəm, salamlaşıram, deyəsən orada qalır. Əlbəttə ki, yada salmayanlar da var. Mənim də müəllimlərim dahi şəxsiyyətlər olublar. Məni yaradanlar onlar olublar. Əfsər Cavanşirovu, Qara Qarayevi, Cövdət Hacıyevi, Ağabacı Rzayevanı necə unuda bilərəm?”

Bunu Medianews.az-a açıqlamasında bəstəkar-müğənni, dillər əzbəri “Kukla” mahnısının ifaçısı Zabitə Məmmədova deyib.

O daha sonra xalq artisti Alim Qasımovun onu yada salmadığını bildirib:

“Alim Qasımov artıq şöhrətli müğənni olub deyə, məni heç yada salmır. 4 il ona dərs demişəm. Desəm ki, çox yaxşı oxuyurdu yalan olar. Tələbə idi də. Yada salmır, salmasın. Hərənin bir xasiyyəti var da. Alim Qasımova mən arzu edirəm ki, uğurları daha da bol olsun, zirvələri, uca dağları aşsın. Çox hörmət etdiyim tələbələrimdəndir. İstəyir unutsun, istəyir unutmasın. Mənim başım yaradıcılığıma qarışıb” deyə o bildirib.

Zabitə xanım “Kukla” mahnısının yaranmasından da danışıb:

“O vaxt Əfsər Cavanşirovun yanına gəldim. Məndən bir mahnı soruşdu. Mən də “Ay işığında” mahnısını ifa etdim. Evdə bütün günü oxuyub, valideynlərimin baş-beynini xarab edirdim (gülür). Əfsər müəllim dedi ki, bu mahnı uşağa aid deyil, uşaq mahnısı ifa et. Mənə “Kukla” mahnısını verdi.

“Kukla” mahnısını da mənə Suğra Bağırzadə və bacısı öyrətdi. Onlar da Əfsər müəllimin yanına gəlirdilər. Suğra xanım “Cücələrim” mahnısı ilə o vaxt məşhurlaşmışdı. “Kukla” da mənim ifamda məşhurlaşdı. Əfsər müəllim deyirdi ki, sənin qeyri-adi qavrama qabiliyyətin var. Nə göstərirdisə o dəqiqə qavrayırdım, ona izah edirdim”.

Son xəbərlər

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Oxşar xəbərlər