top
Xudatlı xanımın toy məclisi Xankəndidə keçirilir
21 sentyabr 2024, 17:50
- ↺ +

Xudatlı xanımın toy məclisi Xankəndidə keçirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xankəndi şəhərində ilk dəfə toy mərasimi keçirilir.

Toy sahibi tanınmış jurnalist Kərim Kərimlinin oğlu və gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlidir.

İnsanoid-in əməkdaşı Fərhad Kərimli ilə əlaqə saxlayıb.

O qeyd edib ki, azad Xankəndidə toy mərasimi keçirilməsi ənənəyə çevriləcək:

“Çox sevincliyəm. Biz Şuşada yaşayırıq. Xankəndidə toy etməyimizin bir neçə səbəbi var. Xankəndi bizimdir. Uzun illər düşmənin quldur yuvasına çevrilmişdi.

Ötən il bu vaxtı Xankəndi şəhəri işğaldan azad olundu. Düz bir il sonra qərara aldıq ki, toyumuzu Xankəndidə edək. Bu yeni bir ənənəyə çevriləcək. Xankəndi şəhərində ilk toydur. 1988-ci ildən, azərbaycanlılar oradan deportasiya olunandan bu şəhərdə toy mərasimi keçirilməyib. Biz də azad Xankəndidə ilk toy etmək istədik”.

F.Kərimli həyatının qalan hissəsini birlikdə yaşamağa qərar verdiyi xanımla tanışlıqdan da bəhs edib:

Rəvanə xanım xaçmazlıdır. Onlar ailəlikcə ilk dəfə Qarabağda oldular. Bu, Rəvanə üçün yenilikdir. Biz magistraturanı bir yerdə oxumuşuq. Orada tanış olduq. Mənim 24, Rəvanənin 23 yaşı var”.

Qeyd edək ki, Kərim Kərimli bu ilin mayında Şuşaya köçüb və ailəsi orada dördotaqlı mənzillə təmin olunub. Toy Xankəndidə yerləşən “Meydan” restoranında əsasən ailənin yaxın qohumlarının iştirakı ilə baş tutur.

Xatırladaq ki, Xankəndi 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin 20 sentyabrında keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycan Ordusu şəhərə nəzarəti tam bərpa edib.

Son xəbərlər

Hadisə
Bu gün, 11:54

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Oxşar xəbərlər