top
Xudatda qanlı cinayətin TƏFƏRRÜATLARI
18 yanvar 2025, 11:30
- +

Xudatda qanlı cinayətin TƏFƏRRÜATLARI

Xaçmaz rayonunda pul borcu üstündə yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Demokrat.az-ın məlumatına görə, 1998-ci il təvəllüdlü Muradın tanışı Telman borcunun qaytarılmaması səbəbindən onun və ailə üzvlərinin ünvanına ağır söyüşlər söyüb. Telmanın dəvəti ilə 18 iyul 2022-ci il, saat 00:00 radələrində Xudat şəhəri, Zaur Mahmudov küçəsində ("Zavod" marketin yaxınlığında) onlar görüşüblər.

Həmin vaxt Telman ondan 100 manat borcunu tələb etməklə onun ünvanına təkrar söyüş söyüb. Murad isə onun üzərinə bıçaqla hücum edib və qarın nahiyəsindən bir dəfə zərbə vurub.

Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadə verib:

“Mən  zərərçəkmiş Telmanı yaşadığım Xudat şəhərinin sakini kimi tanıyıram. Telmanın əsl adı Telman olsa da, Xudat şəhərində tanışları ona “Ceka” deyə müraciət ediblər. Mənim Telmanla tanışlığım olsa da, onunla tez-tez görüşmürəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün axşam qonşusu olan Azadla görüşərək pivə içməyə gediblər: “Mən evdən çıxan zaman özümə məxsus olan, təxminən bir ay əvvəl Bakı şəhərində hədiyyə dükanından aldığım bıçağı da əynimdə olan şalvarın kəmərinə keçirtdim. Azadın yaşadığı evin qarşısında onunla görüşdüm. Birlikdə yaxınlıqdakı mağazalardan birindən spirtli içki olan pivə alaraq yaşadığım küçənin yaxınlığında olan meşə ərazisində içməyə başladıq. Biz pivə içdikdən sonra söhbət edən zaman Azad dedi ki, Telmandan borc pul alacağam,  xərcləyərik, sonra qaytararam. Sonra da Azad Telmana zəng edib telefonla danışdı. Mənə dedi ki, Telmandan 45 manat pul götürəcəkdir. Daha sonra Azad mənim yanımdan getdi. Mən də həmin yerdə oturaraq Azadı gözlədim. Təxminən 20 dəqiqədən sonra Azad əlində yenə pivə ilə yanma gəldi və bildirdi ki, Telmandan 45 manat pul almışdı. Orada pivə içməyə davam etdik. Bir neçə dəqiqədən sonra Telman telefon nömrəmə zəng etdi. Telefona cavab verəndə Telman Azadın yanımda olub-olmadığını soruşdu. Bildirdim ki, Azad mənim yanımdadır. Həmin vaxt Telman telefonda əvvəlcə Azadın, daha sonra isə mənim ünvanıma söyüşlər söyməyə başladı. Telmandan məni nə üçün söydüyünü soruşdum. Telman məni yenə söyməyə davam etdi. Telmana dedim ki, hardasansa gəl, söhbət edək, telefonda söhbət olmur. Telman da dedi ki, Azadın yaşadığı evin yaxınlığındadır. Daha sonra Azad və mən birlikdə konserv zavod adlanan ərazidə yaşadıqları küçəyə getdik. Orada Telmanla görüşdük. Telman Azadın onu aldadaraq pulunu aldığını dedi, Azadla mübahisə etməyə, bir-birilərinin ünvanına söyüşlər söyməyə başladılar. Azadla mübahisə edən zaman Telman üzərində olan bıçağı çıxararaq ucadan söyüşlər söydü, Azaddan 45 manat  pulu istədi. Həmin vaxt Azad geri çəkildi və büdrəyib yerə yıxıldı. Azad qorxduğundan sonra pulu verəcəyini dedi, ayağı duraraq getdi. Həmin vaxt küçədə Telman və mən qaldım. Mən Telmana yaxınlaşaraq onunla söhbət etməyə başladı və Telmanı sakitləşdirməyə çalışdım. Həmin vaxt saat 00:00 radələri olardı. Telmanın yanında olan zaman ona söyüş söyməsin dedim. Telman yenə Azadın ünvanına söyüşlər söyməyə başladı”.

Murad bildirib ki, daha sonra Telman əli ilə onun əynində olan paltarın yaxasında tutaraq onu və ailəsini də ağır söyüşlərlə söyməyə başlayıb: “Məndən 100 manat pul borcunu qaytarmağımı tələb etdi. Bir neçə ay əvvəl Telmandan telefon almışdım, lakin pulunu verməmişdim. Bu səbəbdən Telman əlində olan bıçaqla mənə hücum etdi. Telman bıçaqla baş nahiyəmə vurdu. Mübahisə zamanı Telmanın əlindəki bıçaq mənim burnumu, boynumu və sol qulağımın arxasına dəyərək kəsdi. Sonra Telmanla danışdım, məni sakitləşdirdim, pulu qaytaracağımı dedim. Telman da bundan sonra bıçağı aşağı saldı. Bir neçə saniyə sonra Telmanın mənə etdiklərinin, yəni pulunu tələb edərək ağır söyüşlər söyməsinin, mənə hücum etməsinin əvəzini çıxmaq üçün üzərimdəki bıçağı əlimə götürdüm , Telmanın sağ qarın nahiyəsinə bir bıçaq zərbəsi vurdum. Mən bıçaqla Telmanı vuran zaman hiss etdim ki, bıçaq Telmanın qarın boşluğuna daxil oldu. Daha sonra bıçağı özümə tərəf çəkdim, Telmanın qarın boşluğundan çıxardım. Telmanı bıçaqla vurduqdan sonra dərhal qaçaraq oradan uzaqlaşdım”.

Murad bildirib ki, daha sonra oradan uzaqlaşıb və öz yaşadığı evə gedib: “Üzərimdə olan bıçağı yatdığım çarpayının üzərindəki döşəyin altına qoydum və evdən çıxdım. Hadisə barəsində isə heç kimə heç bir söz demədim. 19 iyul 2022-ci ildə isə məni polis şöbəsinə dəvət etdilər. Mən də şöbəyə gələrək törətdiyim əməli etiraf etdim. Daha sonra yaşadığım evə polis əməkdaşlarını apardım. Yataq otağında yatdığım çarpayının üzərindəki döşəyin altına qoyduğum, Telmana xəsarət yetirdiyim bıçağı təqdim etdim. Həmin bıçaq da polis əməkdaşları tərəfindən götürüldü”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Murad 7 il 3 ay 14 gün müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Murad apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini yuxarı instansiya məhkəməsinin hakimlərindən xahiş edib.

Onun şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin edilib, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, yəni Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilən əsasla cinayət təqibinə xitam verilib.

Muradın cəzası 6 il 9 ay 14 günə endirilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:58

Bəzi çaylardan sel keçəcək

Cəmiyyət
Bu gün, 16:58

Sürücülərin diqqətinə: Bu yol 1 həftə BAĞLI OLACAQ

Hadisə
Bu gün, 15:40

Qubada məktəbli vəfat edib

Cəmiyyət
Bu gün, 14:40

Danışıb, yaza bilmədiyi üçün bankdan kartını ala bilmir

Cəmiyyət
Bu gün, 13:49

Rektor SOCAR-ın şöbə müdirinə vəzifə verdi

Hadisə
Bu gün, 12:59

Şəkidə yollar su altında qaldı

Kriminal
Bu gün, 12:12

Qubada kişi anasını söyən qaynına görə arvadını döydü

Hadisə
Bu gün, 11:30

Şəkidə "KamAZ" qadını əzib öldürdü

Cəmiyyət
Bu gün, 10:45

Ölkə ikincisi Aylin: "Hədəfim 300 bal idi"

Kriminal
Bu gün, 09:41

Ağsuda çoban heyvan otararkən ölüb

Cəmiyyət
Bu gün, 09:19

Zaqatalada Pəri Qalası təhlükədə: Turist axını yoxsa vandalizm dalğası?

Cəmiyyət
Dünən, 16:45

Balakəndə 20 mindən çox abonent qazsız qalacaq

Hadisə
Dünən, 15:45

Xaçmazda FACİƏ: Üstünə beton düşən kişi öldü

Kriminal
Dünən, 14:44

Yalamada dəhşətli qətl törədən şikayət edir

Hadisə
Dünən, 14:00

İsmayıllı-Muğanlı yolunda zəncirvari qəza

Cəmiyyət
Dünən, 12:48

Xaçmazda sakinlər HƏYƏCAN TƏBİLİ çaldı

Cəmiyyət
Dünən, 12:00

Bakı–Qəbələ marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

Cəmiyyət
Dünən, 11:14

Şahdağda 87 sm qar yağıb

Cəmiyyət
Dünən, 10:00

Şabranlı məktəblilər respublika müsabiqələrində uğur qazanıblar

Hadisə
Dünən, 09:21

Qubada qəza - Xəsarət alanların vəziyyəti açıqlanıb

Cəmiyyət
20 aprel 2026, 17:57

Zaqatalada təhlükəli körpü problemi aradan qaldırıldı

Hadisə
20 aprel 2026, 16:58

Şəki sakininin meyiti Bakıda tapıldı

Cəmiyyət
20 aprel 2026, 16:14

Xaçmaz sakinləri "gecə konsertlərindən" ŞİKAYƏTÇİDİRLƏR

Cəmiyyət
20 aprel 2026, 15:14

Oğuzda qanunsuz ağac kəsənlər saxlanılıb

Oxşar xəbərlər