Xudatda avtomobil qaçıran Qusar sakini saxlanılıb.
Shimal.News DİN-in Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat keçirilib.
Nəticədə Xudat qəsəbəsində “VAZ-2106” markalı avtomobili qaçıran Raman Mirzəliyev saxlanılıb:
“Xudata dostumun yanına getmişdim. Hava yağışlı və soyuq idi. Getməyə yerim olmadığı üçün yolun kənarında dayanan avtomobilə yaxınlaşdım. Qapısı açıq idi və açar üstündə idi. Əyləşdim, işə salaraq sürüb getdim"”, - deyə Roman ifadə verib.
Araşdırmalar zamanı həmin şəsxsin Qusar rayonu ərazisində mağazaların birindən oğurluq etdiyi də müəyyən olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Mirzəliyevin barəsində həbs qətimkan tədbiri seçilib.