Xızı rayonu, Yaşma kəndində sex yanıb.
Shimal.News-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Ümumi sahəsi 1500 m² olan sexin yanar konstruksiyaları alışıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.