Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Shimal.News xəbər verir ki, bununla bağlı FHN-nin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Boğulan şəxslər Tovuz rayonu Çilovdarlı kənd sakinləri 2001-ci il təvəllüdlü Abdıyev Ramazan İsrayıl oğlu və 1999-cu il təvəllüdlü Abdıyev Orxan İsrayıl oğlu olub.
Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.