Xızı rayonunun Qars kəndində yanğın hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 84 m² olan birmərtəbəli evdə yanğın qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub.
Evin qalan hissəsi, eləcə də yaxınlıqdakı meşə sahəsi alovdan mühafizə olunub. Yanğın tam söndürülüb.