Xızı sakininin üzərinə darvaza düşüb.
Sumqayit24.az-ın məlumatına görə, Sitalçay ərazisində 36 yaşlı kişi həyatını itirib.
Bildirilir ki, Ceyhun Qəzənfər oğlu Həsənov yaşadığı evin həyətində xəsarət alıb. O, Sumqayıt şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.