Qubanın Xınalıq kəndində ilk dəfə gilas ağacı bəhər verib. Bu barədə ShimalNews 30 iyun tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Dəniz səviyyəsindən 2250 metr hündürlükdə yerləşən bu kəndin iqlimi sərtdir. Temperatur qışda mənfi 29 dərəcə, ağacın çiçəkləmə dövründə isə mənfi 3 dərəcə olur.
Kənd sakini Səxavət Sultanovun həyətində gilas ağacı bəhər verib. O, bunun iqlimin istiləşməsi nəticəsində mümkün olduğunu deyir.