Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunan XVII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Shimal.News xəbər verir ki, festival çərçivəsində Şamaxı, Şəki, Xaçmaz, Qax və digər rayonlarda tədbirlər keçiriləcək.
18-28 sentyabr tarixlərində baş tutacaq festivalda Türkiyə, Fransa, Koreya, ABŞ və Almaniyadan olan sənətçilərin də iştirak edəcəyi gözlənilir.