Xaçmazda 1-ci Qarabağ müharibəsi şəhidi Adıgözəl Qasımovun dəfni keçirilib. Bu haqda ShimalNews 28 iyun tarixində məlumat verir.
Adıgözəl 1971-ci ildə Keymərəz kəndində doğulub. 1992-ci ildə Laçın və Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhidimizin dəfni doğma kəndində keçirilib. Burada mərhumun ailəsi, hərbçilər, ictimaiyyət və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.