top
Xaçmazlı kişi bacısına elçi düşən şəxsi BIÇAQLADI
20 fevral 2025, 14:34
- ↺ +

Xaçmazlı kişi bacısına elçi düşən şəxsi BIÇAQLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakuplus.az-ın məlumatına görə, Xaçmaz rayonunda anadan olan 29 yaşlı Etibar Məmmədov (ad şərtidir) Qismət Qasımovla (ad şərtidir) mübahisə edib.

Hadisə ötən ilin aprelin 23-ü Abşeron rayonu, Əliağa Vahid küçəsində baş verib. Buna səbəb Qismətin onun bacısına mesaj yazması olub. Aralarında baş vermiş mübahisə zamanı Etibar evdən götürdüyü bıçaqla Qisməti ağır yaralayıb.

Nəticədə Etibar Məmmədov Azərbaycan Respublikası CM-nin 126.1-ci (sağlamlığa ağır zərbə vurma) maddələri ilə təqsirləndirilib. İstintaq Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Etibar Məmmədov ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib. O,  ifadəsində göstərib:

“Qisməti əvvəldən tanımırdım. Sonra eşitdim ki, bu adda olan bir şəxs bizə elçi gəlib, bacım Ayşəni almaq istəyir. Lakin mən razı olmadım, qərarımızı da həm Qismətin özünə, həm də anasına bildirdik. Hadisə günü Ayşənin telefonunu götürüb işə getdim. Yolda baxanda Qismətin ona mesaj göndərdiyini gördüm. Ona zəng edib axşam görüşə çağırdım. Qismət görüşə bibisi oğlu Rövşən və adını bilmədiyim digər qohumu ilə gəlmişdi. Bacımı ona verməyəcəyimi deyib, nömrəsini haradan əldə etdiyini soruşdum. Cavabında “o sənin ailənin problemidir” ifadəsini işlətdi. Bu səbəbdən əsəbiləşib, üzərimdə olan bıçaqla onu yaraladım”.

Daha sonra zərərçəkmiş Qismət Qasımov məhkəmədə ifadə verib:

“Təxminən 1 il əvvəl Masazır kəndində Ayşən adlı qızla tanış oluduq. İlk başlarda münasibətimiz yaxşı olsa da, sonradan pisləşdi. Münasibətlərin pisləşməsinə səbəb isə ailəmin Ayşəngilə elçi gedib imtina cavabı alması idi. Ayşənə demişdim ki, onunla ailə həyatı qurmağa hazıram, lakin qardaşı buna imkan vermir. Bir gün Ayşənə yazdığım mesajı Etibar görüb, mənə zəng edərək görüşə çağırdı. Görüş zamanı aramızda olan mübahisədə Etibar məni bıçaqla vurdu”.

Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Etibar Məmmədovu cinayət üzrə təqsirli bilib. Məhkəmənin qərarı ilə Etibar Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

Oxşar xəbərlər