Xaçmazda 67 yaşlı araşdırmaçı jurnalist Füzuli Baratov vəfat edib.
Bizim.Media-nın məlumatına görə, Füzuli Baratov bir neçə gün əvvəl rayon xəstəxanasına yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, o, komadan ayılmayıb. İlkin məlumata görə, onun ölümünə səbəb beyin qansızması olub.
İxtisasca ingilis-alman dili müəllimi olsa da, Füzuli Baratovun jurnalistikaya xüsusi marağı olub. Pedaqoji fəaliyyətlə yanaşı, publisistika və jurnalistika ilə müntəzəm məşğul olub.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Füzuli Baratov araşdırmaçı jurnalist kimi daha çox tanınırdı. O, üzərində işlədiyi "Mir Cəfər Bağırov - İgid Rəhbər", "Xaçmaz tarixi faktlarla" kitablarını tamamlaya bilmədi.